Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiya hərbi təyyarəsi Qırğızıstanın İssık-Kul bölgəsinə təsadüfən iki təlim sursatı atıb.
KONKRET.az xəbər verir ki, mərmilər boş əraziyə düşdüyündən fəsadlar qeydə alınmayıb. Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə təlim uçuşu zamanı baş verib. Kant şəhərində yerləşən Rusiya aviabazasına məxsus “Su-25” təyyarəsi iki təlim sursatı buraxıb.
Qırğızıstanın Müdafiə Nazirliyinin qərarı ilə hadisənin səbəbi müəyyən edilənə qədər təlim uçuşları dayandırılıb.
Hüquq-mühafizə orqanları və Qırğızıstan hərbi prokurorluğu hadisəni araşdırır.\\Metbuat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.