AZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu İdarəsi generator satın alır - 15 min manatlıq

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi maddi-texniki bazasının gücləndirilməsi və enerji təminatının kəsintisizliyini qorumaq məqsədilə yeni generatorun satın alınması üçün satınalma prosesinə başlayıb.

32gun.az xəbər verir ki, bu satınalma üzrə ehtimal olunan qiymət 15.133,50 AZN məbləğində müəyyən edilib.

İdarənin ehtiyacları üçün nəzərdə tutulan bu texniki avadanlığın tədarükü ilə bağlı müvafiq prosedurların icrası davam etdirilir.

Seçilən
36
paytaxt.org

1Mənbələr