AZ

Əlin öpülməsi cinsi zorakılıq sayıldı - Məhkəmə qərarı

İspaniya Ali Məhkəməsi Madrid yaxınlığında avtobus dayanacağında baş verən hadisə ilə bağlı mühüm qərar verib.

Musavat.com xəbər verir ki, məhkəmə tanımadığı qadının əlini onun razılığı olmadan öpən kişinin hərəkətini “cinsi zorakılıq” kimi qiymətləndirib.

Məlumata görə, hadisə 2023-cü ildə Alkobendasda baş verib. Kişi qadına yaxınlaşıb, onun əlini öpüb, daha sonra isə pul təklif edərək birlikdə getməyi işarə edib. Məhkəmə bu davranışın sadəcə nəzakət jesti deyil, açıq seksual məzmun daşıyan və qadının toxunulmazlığını pozan hərəkət olduğu qənaətinə gəlib.

Ali Məhkəmə əvvəlki hökmü qüvvədə saxlayıb və kişiyə 1500 avrodan çox cərimə kəsilməsi qərarını təsdiqləyib. Bəzi hakimlər isə fərqli mövqe tutaraq bildiriblər ki, belə bir jest köhnəlmiş nəzakət forması kimi də yozula bilər.

Qərar İspaniyada razılıq məsələsinə dair hüquqi yanaşmanın daha da sərtləşdiyini göstərən yeni presedent kimi dəyərləndirilir.

 

Musavat.com

Seçilən
24
2
musavat.com

3Mənbələr