AZ

"Böyük İpək Yolu" beynəlxalq turnirində 43 boksçumuz yarışacaq

Bakı. Trend:

Bu gün Bakıda boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turniristart götürəcək.

Trend xəbər verir ki, BakıBoks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycanı 43idmançı təmsil edəcək. Yarışda Avstraliya, Əlcəzair, Bolqarıstan,Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistanmilli komandaları da mübarizə aparacaqlar. 14 dəst (10 çəkidə kişi,4 çəkidə qadın) medal uğrunda 126 boksçu gücünü yoxlayacaq.

Turnirin qaliblərinin adına aprelin 7-də aydınlıq gələcək.Azərbaycan kişilərin yarışında 37, qadınların mübarizəsində 6boksçu ilə təmsil olunacaq. Turnirin açılış mərasimi sabah, saat15:00-da olacaq. Ardınca döyüşlər başlayacaq. Qeyd edək ki,turnirin supervayzeri Svetoslav Sapounciyev (Bolqarıstan), başhakimi Anar Babanlı (Azərbaycan) olacaq. Görüşləri azərbaycanlıhakimlərlə yanaşı, Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova,Türkiyə və Özbəkistandan olan referilər də idarə edəcəklər.

Seçilən
8
10
az.trend.az

10Mənbələr