AZ

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) dörd astronavtını daşıyan insanlı "Orion" kosmik gəmisi ilə "Space Launch System" (SLS) raket daşıyıcı Aya uçub.

"Far.Az"un məlumatına görə, yarım əsrdən çox müddətdə Yer kürəsinin təbii peykinə ilk insanlı ekspedisiyanın canlı yayımı NASA-nın rəsmi saytındadır.

Buraxılış Con Kennedi Kosmik Mərkəzinin buraxılış meydançasından yerli vaxtla saat 18:35-də (Bakı vaxtı ilə saat 02:35) baş tutub. Missiya planına əsasən, NASA astronavtları Rid Vaysman, Kristina Kuk və Viktor Qlover Kanada Kosmik Agentliyinin nümayəndəsi Ceremi Hansen ilə birlikdə eniş etmədən Ayın səthində uçacaq və sonra Yerə qayıdacaqlar. Ekspedisiyanın ümumi müddəti 10 gün planlaşdırılır.

Buraxılışdan təxminən bir saat yarım əvvəl mütəxəssislər uzaqdan idarəetmə sistemində nasazlıq aşkarlasalar da, problem tez bir zamanda həll edilib.

Aya əvvəlki insanlı uçuş 1972-ci ilin dekabrında, Amerikanın "Apollon 17" Ay ekspedisiyası zamanı baş tutub.

Seçilən
69
2
far.az

3Mənbələr