AZ

“Mançester Yunayted” “Everton”un hücumçusu ilə maraqlanır

Bakı. Trend:

“Everton”un hücumçusu İlimane Ndiaye karyerasını “MançesterYunayted”də davam etdirə bilər.

Trend xəbər verir ki, bubarədə sosial media platforması X-də SullyTalkz hesabında məlumatverilib.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” oyunçunun oyununuyaxından izləyir və bu yay transferi təmin etmək üçün konkretaddımlar atacaqlar. Oyunçunun özü yeni kluba keçməyə hazırdır və"Mançester Yunayted" onun prioritetidir.

Ndiaye bu mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb, altıqol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkımüqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakıməlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.

Seçilən
8
2
az.trend.az

3Mənbələr