AZ

Bəzi kəndlərdə işıq olmayacaq

Yardımlı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
 
"Aprelin 2-də Yardımlı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq "Yardımlı" yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 09:30-dan 12:30-dək şəhər ərazisində, eləcə də rayonun Dəlləkli, Gavran və Ostayır kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd edilib.
 
Seçilən
20
15
moderator.az

10Mənbələr