AZ

Mingəçevirdə ağac aşdı: Aptekə ziyan dəydi

MİNGƏÇEVİR, 2 aprel. TELEQRAF

Mingəçevirdə iri gövdəli ağacın aşması nəticəsində aptekə və avtomobilə ciddi ziyan dəyib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində, əsas tibb müəssisəsinin giriş qapısının qarşısında baş verib.

Qəfil baş verən hadisə zamanı asfaltı dağıdaraq kökündən qopan palıd ağacı ərazidə yerləşən aptekin və yaxınlıqda olan avtomobilin üzərinə aşıb.

Nəticədə aptekin eyvanı və şüşələri dağılaraq yararsız hala düşüb. Avtomobilə isə qismən ziyan dəyib, digər fəsadlar da qeydə alınıb.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi şəhərin ən hərəkətli yerlərindən biridir. Burada çoxsaylı aptek, mağaza və xidmət obyektləri fəaliyyət göstərir. Eyni zamanda, ərazi xəstəxanaya gələn şəxslərin avtomobilləri üçün dayanacaq kimi istifadə olunur.

Seçilən
23
2
teleqraf.com

3Mənbələr