ABŞ prezidenti Donald Tramp son bir neçə gündür baş prokuror Pam Bondini işdən çıxarmağı düşünür.
Musavat.com xəbər verir ki, məlumatı "The New York Times" qəzeti yayıb.
Bildirilir ki, Amerika lideri Bondini hazırda ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə rəhbərlik edən Li Zeldinlə əvəz etməyi təklif edib.
Qəzetin yazdığına görə, ABŞ prezidentinin narazılığının əsas səbəbi, pedofiliyada ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin dərc olunması məsələsində Ədliyyə naziri və onun qurumunun hərəkətləridir.
Qəzet xəbər verir ki, Bondinin işdən çıxarılması ilə bağlı yekun qərar hələ verilməyib.
Xatırladaq ki, 30 yanvar 2026-cı ildə ABŞ Ədliyyə Nazirliyi Epşteynin dosyesindən 3 milyon səhifədən çox sənədin, eləcə də 2000-dən çox video və 180.000 fotoşəkilin dərc olunmasını başa çatdırıb. Bunlara müxtəlif ölkələrdən kral ailələrinin üzvlərinin, tanınmış dövlət məmurlarının, iş adamlarının, diplomatların və akademiklərin onlarla adı daxildir.
Qeyd edək ki, fevral ayında ABŞ daxili təhlükəsizlik naziri Krsti Noem vəzifəsindən istefa verib.
Musavat.com