AZ

İrandan İnfantinonun sözlərinə reaksiya

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

İrandan İnfantinonun sözlərinə reaksiya

İran Futbol İttifaqının vitse-prezidenti Mehdi Məhəmməd Nəbi FİFA prezidenti Canni İnfantinonun İran milli komandasının 2026-cı il dünya çempionatında iştirak edəcəyi ilə bağlı sözlərinə münasibət bildirib.

QOL.az "Footmercato"ya istinadən xəbər verir ki, daha əvvəl İran DÇ-2026-dakı matçlarının ABŞ-da yox, Meksikada təşkil olunmasını istəmişdi. İnfantino isə bu fikirləri bildirmişdi: 

“Biz İran millisinin hansı mürəkkəb şəraitdə olduğunu yaxşı başa düşürük və reallığı ayıq qiymətləndiririk. Buna baxmayaraq, onların dünya çempionatındakı oyunlarının mümkün qədər komfortlu keçməsi üçün əlimizdən gələni edəcəyik. Heç bir alternativ plan – nə B, nə C, nə də D var. Yalnız plan A mövcuddur”.

Mehdi Məhəmməd Nəbi isə FİFA rəhbərinin sözləinə belə reaksiya verib: "Bizim üçün ən vacib şey FİFA-nın qaydaları və qanunlarıdır. FİFA-nın verdiyi hər bir qərara hörmətlə yanaşacağıq. Hər bir ev sahibi ölkə FİFA qarşısında öhdəlik götürüb və onlara əməl etməlidir. O, yoldaşlıq oyunlarına ev sahibliyi etdiyimizi biləndə şəxsən bizi görməyə gəldi və biz məhsuldar müzakirə apardıq".

Daha əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac təşkilatın İranın 2026-cı il dünya çempionatındakı oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi ilə bağlı danışıqlar apardığını açıqlamışdı.

İran yığması final mərhələsi üçün Belçika, Misir, və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alıb. Mundial 11 iyun – 19 iyul tarixlərində təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
qol.az

2Mənbələr