Bu gün Azərbaycan 1-ci liqasında milli komandaların oyunları ilə əlaqədar fasilə başa çatacaq.
Msport.az xəbər verir ki, 20-ci turun ilk günündə 3 görüş keçiriləcək.
Saat 17:00-da start götürəcək “Səbail” – “Baku Sportinq” matçı daha çox maraq doğurur. Hər iki komanda Premyer Liqaya iddialıdır.
Bu gün həmçinin MOİK “Cəbrayıl”la, “Zaqatala” isə “Difai” ilə qarşılaşacaq.
Tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.
2 aprel (cümə axşamı)
15:00. MOİK – “Cəbrayıl”
Binə qəsəbə stadionu
15:30. “Zaqatala” – “Difai”
Zaqatala OİK stadionu,
17:00. “Səbail” – “Bakı Sportinq”
“Bayıl Arena”
3 aprel (cümə)
15:30. “Şahdağ Qusar” – “Şimal”
15:30. “Mingəçevir” – “Şəfa”