AZ

"TotalEnergies" və "Masdar" Azərbaycanda və Asiya ölkələrində layihələrin həyata keçirilməsi üçün birgə müəssisə yaradır

Bakı. Trend:

Fransanın "TotalEnergies" şirkəti və Birləşmiş ƏrəbƏmirliklərinin "Masdar" şirkəti Asiyanın 9 ölkəsində bərpa olunanenerji sahəsində quru layihələrini birləşdirəcək, dəyəri 2,2milyard ABŞ dolları olan və bərabər pay bölgüsü (50/50) əsasındayaradılacaq birgə müəssisə haqqında öhdəlik sazişiimzalayıblar.

Trend-inməlumatına görə, sövdələşmə tamamlandıqdan sonra birgə müəssisəAzərbaycan, İndoneziya, Yaponiya, Qazaxıstan, Malayziya, Filippin,Sinqapur, Cənubi Koreya və Özbəkistanda günəş və külək enerjisi,eləcə də enerji saxlama sistemləri üzrə quru layihələrinininkişafı, tikintisi, sahiblənməsi və istismarı üçün yeganəplatforma olacaq.

Birgə müəssisənin portfeli ümumi gücü 3 QVt olan fəaliyyətgöstərən aktivləri, həmçinin aktiv inkişaf mərhələsində olan və2030-cu ilədək istismara verilməsi gözlənilən ümumi gücü 6 QVttəşkil edən layihələri əhatə edəcək.

Birgə müəssisənin baş ofisi "Abu Dhabi Global Market" (ADGM)beynəlxalq maliyyə mərkəzində yerləşəcək. Şirkətdə "TotalEnergies"və "Masdar"ı təmsil edən təxminən 200 əməkdaş çalışacaq. Birgəmüəssisənin idarə heyəti bir müddət sonra açıqlanacaq.

Sövdələşmənin tamamlanması zəruri tənzimləyici icazələrinalınmasından və müvafiq şərtlərin yerinə yetirilməsindənasılıdır.

Məqalədə:
Seçilən
58
2
az.trend.az

3Mənbələr