AZ

Ağsuda "Mercedes" aşdı: İki nəfər xəsarət aldı

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, qəza gecə saatlarında rayonun Qiyaslı kəndi ərazisində qeydə alınıb.
 
Rayon sakini, 2006-cı il təvəllüdlü Sadiq Ağasəf oğlu Paşayev "Mercedes" markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.
 
Hadisə zamanı sürücü və avtomobildə olan sərnişini, Ağsu rayonunun Kəndoba kənd sakini, 2008-ci il təvəllüdlü Qəribxan Gülxan oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
15
3
moderator.az

4Mənbələr