İtaliya qapıçısı və kapitanı Canluici Donnarumma milli komandasının 2026-cı il Dünya Kubokuna vəsiqə qazana bilməməsinə görə ağladığını etiraf edib...
Poliqon xəbər verir ki, Donnarumma bu barədə sosial mediada yazıb.
"Dünən gecə oyundan sonra ağladım. İtaliyanı layiq olduğu yerə çatdıra bilmədiyimiz üçün məyusluqdan ağladım. Böyük kədərdən ağladım", deyə qolkiper bildirib.
İtaliya millisi 2026-cı il Dünya Kuboku üçün Avropa seçmə turnirinin final pley-offunda Bosniya və Herseqovinaya məğlub olub. Oyun Zenica şəhərindəki Bilino Polje stadionunda baş tutub, əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitib. Bosniya və Herseqovina penaltilər seriyasında 4:1 hesabı ilə qalib gəlib.
Poliqon.info