AZ

Trampa şok plan göstərildi: Uran belə ələ keçiriləcək KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

ABŞ hərbi rəhbərliyi Donald Trampa İran ərazisindəki 450 kq yüksək Zənginləşdirilmiş uranın ələ keçirilməsi planını təqdim edib.

KONKRET.az xəbər verir ki, “The Wall Street Journal”ın yazdığına görə, əməliyyat çərçivəsində texnikanın hava yolu ilə daşınması və radioaktiv materialların çıxarılması üçün yük təyyarələrinə uyğun uçuş-enmə zolağının tikilməsi nəzərdə tutulur.

Plan ötən həftə Trampın belə təklifləri şəxsən tələb etməsindən sonra hazırlanıb və ona əməliyyatın son dərəcə yüksək riskli olduğu da bildirilib.

Ekspertlərin fikrincə, bu, tarixdə ən mürəkkəb xüsusi əməliyyatlardan biri ola bilər. Missiya yüzlərlə, hətta minlərlə hərbçinin və ağır texnikanın İran ərazisinin dərinliklərinə göndərilməsini tələb edir.

Keçmiş Pentaqon rəsmilərinə görə, əməliyyat həftələrlə davam edə və daim qarşı tərəfin hücumları altında həyata keçirilə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
20
konkret.az

10Mənbələr