ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin "Orbiter" pilotsuz təyyarəsini yeni hava hücumundan müdafiə sistemi ilə vurub.
Moderator.az xəbər verir ki, bu barədə ISNA agentliyi SEPAH-ın bəyanatına istinadən xəbər yayıb.
"İsrailin "Orbiter" pilotsuz təyyarəsi Qum əyaləti üzərində yeni inkişaf etmiş hava hücumundan müdafiə sistemi ilə vurulub", - deyə bəyanatda qeyd olunub.
Konkret olaraq hansı hava hücumundan müdafiə sistemindən söhbət getdiyi açıqlanmayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.