AZ

Overçukdan Azərbaycanla bağlı AÇIQLAMA

Moderator.az saytına istinadən ain.az xəbər verir.

"Rusiya, Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə Ermənistana göndərilməsi hər kəs üçün faydalıdır. Bu, daşımaların sayının artması ilə də sübut olunur".

Moderator.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bunu TASS-a verdiyi müsahibədə bildirib:

"Rusiya Dəmir Yollarının mütəxəssisləri cəmi bir neçə gün ərzində Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana daşınması barədə razılığa gəliblər. Otuz il ərzində ilk dəfə Ermənistana dəmir yolu ilə daxil olan ilk taxıl yükü də məhz Rusiyadan göndərilib. Hazırda gübrələrin daşınmasına başlanılıb və yük çeşidləri getdikcə artır. Bu, hər kəs üçün faydalıdır: Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana".

Overçuk qeyd edib ki, Rusiya hökuməti ölkələr arasında ticarətin inkişafında və yük axınının artırılmasında maraqlıdır:

"Biz Azərbaycan və Gürcüstana çox konstruktiv və effektiv əməkdaşlığa görə minnətdarıq. Rusiyanın Ermənistanın qonşuları - İran və Türkiyə ilə normal münasibətləri var və bu dörd ölkədən başqa orada başqa qonşu yoxdur".

Baş nazirin müavini deyib ki, yüklərin daşınması gözlənilən ölkələrə gəldikdə, söhbət Mərkəzi Asiya ölkələri və Çindən gedir:

"Həmçinin bütün bu ölkələrlə normal münasibətlərimiz var".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
moderator.az

2Mənbələr