Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Gənc qalmaq və sağlamlığı qorumaq üçün rasionda mütləq olmalı tərəvəzlərdən biri kabaçkidir. Nutrisiloq Olqa Yablokova bu tərəvəzin damarlar və dəri üzərindəki möcüzəvi təsirlərini açıqlayıb.Demokrat.az xəbər verir ki, onun sözlərinə görə həm adi kabaçki, həm də sukini növü hər cür pəhriz üçün ideal seçimdir."Kabaçkinin tərkibindəki liflər mədə-bağırsaq sisteminin işini tənzimləyir və digər tərəvəzlərin əksinə olaraq orqanizmdə köp yaratmır. Bu tərəvəz xüsusilə manqan elementi ilə zəngindir. Manqan arterial təzyiqi normallaşdırmaqla yanaşı insulin müqavimətinə nəzarət etmək üçün mühüm əhəmiyyət kəsb edir.Dərinin gəncliyi və elastikliyi də birbaşa bu tərəvəzlə bağlıdır. Manqan bədəndə kollagen sintezini sürətləndirən əsas elementdir. Orqanizmdə bu element çatışmadıqda sümüklər kövrəkləşir və dəri daha tez qocalır. Kabaçki həmçinin sümüklərin və oynaqların möhkəmliyi üçün əvəzedilməz hesab olunur".Tərəvəzin tərkibindəki C, A, K vitaminləri və antioksidantlar ürək-damar sistemini qoruyur. Lutein və zeaksantin kimi maddələr isə qanda zərərli xolesterinin səviyyəsini aşağı salır. Həm arıqlamaq, həm də uzunömürlü olmaq istəyənlər üçün kabaçki ən əlçatan və effektiv seçimdir.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.