ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə Fransa prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Brijit arasındakı münasibətlər barədə zarafat edib.
Bizimyol.info xəbər verir ki, Tramp Makronun Vyetnama səfiri zamanı baş verən hadisəni xatırladıb.
"Sonra mən Makronla danışdım, onun həyat yoldaşı ona çox pis davranır. O hələ çənəsinə aldığı zərbədən sağalmayıb", – deyə Amerika lideri bildirib.
Qeyd edək ki, 2025-ci ilin mayında "Associated Press" agentliyi Fransız prezidentinin Vyetnama gəlişi ilə bağlı video yayımlamışdı. Kadrlarda Makronun hələ də təyyarənin içində olduğu görünür, həmin anda həyat yoldaşının əlləri görünür; onu tam görmək mümkün olmasa da, Brijit əli ilə sanki ərinə şillə vururmuş kimi hərəkət edir.
BFM TV xəbər verir ki, dövlət başçısı təəccüblənmiş görünürdü, lakin tez bir zamanda görüşənləri salamlamak üçün üzünü çevirdi. Hadisədən sonra cütlük təyyarədən enib. Emmanuel Makron həyat yoldaşına əli uzatdı, lakin o, bunu nəzərə almadı və tutacağa yapışdı.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.