AZ

Pentaqon HƏRƏKƏTƏ KEÇDİ: İrana qarşı Uran əməliyyatı ...

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

ABŞ hərbi rəhbərliyi prezident Donald Trampa İranda 450 kq yüksək dərəcədə zənginləşdirilmiş uranın ələ keçirilməsi planını təqdim edib.

Turkustan.az xəbər verir ki, əməliyyat radioaktiv materialları daşımaq üçün aviasiya vasitəsilə texnikanın yerləşdirilməsini və yük təyyarələri üçün xüsusi uçuş-eniş zolağının inşasını nəzərdə tutur.

Bu mürəkkəb plan ötən həftə, Trampın müvafiq təkliflər tələb etməsindən sonra ona təqdim olunub.

"Washington Post" nəşrinin məlumatına görə, Trampa eyni zamanda əməliyyatın daşıdığı nəhəng risklər barədə də məruzə edilib.

Ekspertlər bu missiyanı tarixin ən çətin xüsusi əməliyyatlarından biri adlandırırlar.

Planın icrası İran ərazisinin dərinliklərinə yüzlərlə, hətta minlərlə hərbi qulluqçunun və ağır avadanlıqların yeridilməsini tələb edir. Pentaqonun keçmiş rəsmilərinin qiymətləndirməsinə görə, missiyanın yerinə yetirilməsi bir neçə həftə çəkə bilər və bu müddət ərzində hərbçilər düşmənin davamlı atəşi altında fəaliyyət göstərməli olacaqlar./musavat.com

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
20
icma.az

10Mənbələr