AZ

Lənkəranda dəniz sahilində mazut tullantılarına rast gəlinir - FOTO

Xəzər dənizinin Lənkəran sahilində mazut qırıntıları müşahidə olunur.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunda Xəzər dənizi sahilində müşahidə olunan mazut parçaları yerli sakinlər və balıqçılar arasında narahatlığa səbəb olub. Dalğaların sahilə çıxardığı neft qalıqları kilometrlərlə uzanan sahilboyu ərazilərdə yayılıb.

Sakinlər bildirir ki, son vaxtlar havanın küləkli olması çirklənməni daha da artırıb. Balıqçılar isə mazut qalıqlarının torlara yapışaraq ovu çətinləşdirdiyini, qayıqlara zərər vurduğunu deyirlər.

Mütəxəssislərin sözlərinə görə, bu, karbohidrogen tərkibli neft qalıqlarıdır: "Hazırda Xəzərin cənub hissəsində aktiv neft hasilatı aparılmadığından, bu halın daha çox təbii proseslər nəticəsində, dəniz dibindəki layların hərəkəti və dalğaların təsiri ilə baş verdiyi ehtimal olunur".

Ekoloqlar problemin həllini sahilboyu ərazilərdə təmizləmə işlərinin aparılmasında və monitorinqlərin gücləndirilməsi və çirklənmənin mənbəyinin dəqiq müəyyənləşdirilməsində görürlər.

"Cebheinfo.az"

Seçilən
14
6
cebheinfo.az

7Mənbələr