AZ

D vitamini ağır xəstəliyin müalicəsi elan olundu

Medicina saytından verilən məlumata görə, ain.az xəbər verir.

Baltimordakı Cons Hopkins Universitetinin alimləri yüksək dozada D vitamininin sklerozu müalicə edə biləcəyini təsdiqləyib.

Əvvəllər elm günəş işığı vitamininin çatışmazlığının skleroz inkişaf riskinin artması ilə əlaqəli olduğunu göstərirdi.

Medicina.az xəbər verir ki, alimlərin fikrincə, gündəlik yüksək doza D vitamini qəbul etmək skleroz üçün sadə bir müalicə ola bilər.

Qanda bu vitaminin aşağı səviyyəsinin artıq xəstəlik üçün risk faktoru olduğu bilinir. D vitamini səviyyəsi aşağı olan xəstələrdə ox sklerozun yaratdığı əlillikdən əziyyət çəkmək ehtimalı daha yüksəkdir.

Lakin, bu yaxınlara qədər alimlər vitamin əlavələrinin bu xəstəlikdən əziyyət çəkənlərə kömək edə biləcəyini qəbul etmirdilər.

Skleroz elektrik siqnallarının ötürülməsinə kömək edən sinirlərin ətrafındakı miyelin qabığını məhv edir. Bu, yüngül uyuşmadan tutmuş tam iflicə qədər geniş simptomlara səbəb olur.

Tədqiqatın nəticələri ümidvericidir, çünki D vitamini özü əlverişli, təhlükəsiz və effektiv bir müalicədir.

D vitamini sümük sağlamlığında mühüm rol oynayır və təbii olaraq dərinin günəş işığına birbaşa məruz qalması, eləcə də pendir, yumurta və balıq yağı istehlakı ilə istehsal olunur.

Tədqiqatda residiv verən çox sklerozlu 40 xəstə altı ay ərzində ya 10.400 beynəlxalq vahid D3 vitamini, ya da 800 qəbul etmişdi.

Aygün Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr