AZ

Azərbaycanda ixrac məhsullarının bahalaşması profisit ehtimalını artırır

Bakı. Trend:

Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsicari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişməehtimalı yaradır.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektorgöstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən,2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1.1mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. MərkəziBankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabınınprofisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır", - məlumatdaqeyd edilib.

Əlavə olaraq qeyd olunur ki, AZIR indeksinin orta günlüksəviyyəsi 2026-cı ilin yanvarında 6.70% olduğu halda, bu göstəricifevralda 6.54%-ə, martda isə 6.47%-ə enib.

"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər vəbank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir.Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizidaxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Faiz dəhliziparametrlərinin azaldılması ilə bağlı son qərar AZIR-in azalmasıilə müşayiət olunub. Belə ki, AZIR indeksinin orta günlük səviyyəsi2026-cı ilin yanvarında 6.70% olduğu halda, bu göstərici fevralda6.54%-ə, martda isə 6.47%-ə enib. Ötən iclasdan bəri gəlirlilikəyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalarbaş verib. Mərkəzi Bank, əsasən 1 həftəlik açıq bazar əməliyyatlarıilə pul siyasətindən kənar amillərin AZIR-ə təsiriniminimallaşdırıb", - məlumatda qeyd edilib.

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizininparametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il mayayının 6-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuatkonfransı keçiriləcək.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbətiqərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habeləmakroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək:"Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçünsərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiyaproqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvatsiyasət addımları atılacaqdır".

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarəHeyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməzsaxlanılıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti(İH) uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərarqəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5 %,yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

Məqalədə:
Seçilən
85
1
az.trend.az

2Mənbələr