ABŞ Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigesə qarşı sanksiyaları ləğv edib. Oxuməni.az xəbər verir ki, bu, çərşənbə axşamı ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilmiş açıqlamada açıqlanıb.
“Reuters” agentliyinin məlumatına görə, qərar, digər məsələlərlə yanaşı, Amerika şirkətləri tərəfindən Venesuela neftinin satışına dair razılaşmanı da əhatə edir. Bundan əlavə, Cənubi Amerika ölkəsinə Amerika investisiyalarını stimullaşdırmaq üçün bir sıra tədbirlər görülüb. Beləliklə, Tramp administrasiyası Venesuela lideri Nikolas Maduronun keçmiş müttəfiqi olan Rodrigesin keçid hökuməti ilə əməkdaşlığı davam etdirir.
Xatırladaq ki, Donald Tramp 7 martda Floridada Latın Amerikası liderləri ilə keçirilən sammitdə Ağ Evin Delsi Rodrigesin rəhbərlik etdiyi yeni Venesuela hökumətini rəsmi olaraq tanıdığını bildirib.
Almaz Həsənli