AZ

Cevdet Yılmaz TDT üzvlərini Şimali Kiprlə iqtisadi əlaqələr qurmağa çağırıb

Türk dövlətləri olaraq qlobal platformalarda birlikdə iştirak etməliyik.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.

O, bu gün Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin də tədbirdə iştirak etməsinə diqqət çəkib: “Kipr adası bölgədəki son hadisələr fonunda daha mühüm rola malikdir”.

Cevdet Yılmaz Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə Şimali Kiprə verdikləri dəstəyə görə təşəkkür edib. O, TDT üzvlərini Şimali Kiprlə iqtisadi və digər əlaqələr qurmağa dəvət edib.

Seçilən
27
apa.az

1Mənbələr