AZ

Hərracda 40 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 1-də keçirilən hərracda 40 nəqliyyat vasitəsi satılıb.

Bu barədə XQ-yə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 7, 14, 21 və 28 aprel tarixlərində keçiriləcək. Ümumilikdə hərraclara 3 obyekt və 130 nəqliyyat vasitəsi çıxarılıb. Daşınmaz əmlaklar Bakı, Sumqayıt və Şəki şəhərlərində yerləşir.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

Seçilən
8
5
xalqqazeti.az

10Mənbələr