Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 2 aprel, AZƏRTAC
Martın 31-də Türkiyə milli komandası Kosovo üzərində qazandığı qələbə nəticəsində 24 il sonra yenidən futbol üzrə dünya çempionatına vəsiqə qazanıb. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Baş nazir Əli Əsədov deyib.
“Eyni zamanda, Özbəkistanın da tarixində ilk dəfə olaraq dünya çempionatına yüksəlməsi xüsusi qürur və sevinc doğurur. Bu tarixi nailiyyətə qardaş Özbəkistan hələ ötən ilin iyun ayında imza atıb. Hər iki uğur bütövlükdə Türk dünyasının zəfəri kimi qiymətləndirilə bilər.
Bu qələbələr türk xalqlarının bütün sahələrdə yüksəlişini aydın şəkildə əks etdirir”, - deyə Baş nazir vurğulayıb.
O qeyd edib ki, ötən ilin sentyabr ayında keçirilən Bişkek görüşü çoxtərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrimizin gücləndirilməsi baxımından çox səmərəli olub. İlk görüşdə formalaşan müsbət dinamika və işgüzar mühit bu gün Bakıda davam etdirilir.
“Əminəm ki, bugünkü toplantımız ölkələrimiz arasında dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın daha da genişlənməsinə, qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsinə mühüm töhfə verəcək”, - deyə Baş nazir əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.