AZ

Kiprin türk xalqının haqq işinə güclü dəstəyə görə İlham Əliyevə minnətdarıq - Cevdet Yılmaz

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kiprin türk xalqının haqq işinə güclü dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədova minnətdarlığını bildirdiyini bəyan edib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Şimali Kiprin Baş naziri, təşkilatın müşahidəçi üzvü Ünal Üstelin burda olmasından çox məmnundur:

"Kipr adası strateji mövqeyi ilə regionda baş verən son hadisələr fonunda bu gün daha da əhəmiyyət kəsb edir. Ona görə də biz Şimali Kipri bu coğrafiyada türk dünyasının ortaq varlığını və ortaq maraqlarını təmsil edən bir ünsür kimi qəbul etməliyik".

Seçilən
36
6
missiya.az

7Mənbələr