AZ

Azərbaycanla Türkiyə arasında birbaşa quru əlaqəsi olacaq

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu xəttinin çəkilməsi artıq həyata keçirilir və bu layihə Ermənistanla bağlı proseslərdən asılı deyil.

Modern.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk "TASS"a müsahibəsində danışıb.

“Bu mövzu ilə məşğul olan hər kəs üçün aydındır ki, Azərbaycanla Türkiyə arasında birbaşa əlaqənin mövcudluğu onların özləri üçün ayrıca dəyər daşıyır”, – deyə Overçuk qeyd edib.

Onun sözlərinə görə, bu layihə ideyası Ermənistanın blokadadan çıxarılması və İrəvan, Bakı, Ankara arasında münasibətlərin normallaşması məsələsi gündəmə gəlməzdən xeyli əvvəl müzakirə olunurdu.

Aleksey Overçuk bildirib ki, Azərbaycanın Naxçıvanın qərb hissəsində Türkiyə ilə qısa, təxminən 17 kilometrlik sərhədi mövcuddur. Bu məsafə iki ölkəni birbaşa dəmir yolu ilə birləşdirmək üçün kifayət edir.

O qeyd edib ki, layihə çərçivəsində həmin sərhəddən Türkiyənin Qars şəhərinə qədər ümumilikdə 224 kilometrlik yeni dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
modern.az

3Mənbələr