AZ

Milli Məclisin sədr müavininin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ



Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun köməkçisi Qalib Abbasov dələduzluqda ittiham olunur.

Newscenter.az Demokrat.az-a istinadən xəbər verir ki, o, 2023-cü ildə öz yaxın dostu Əkrəm Hüseynovdan iş görmək adı ilə aldığı 45 min manat pulu mənimsəyib.

Zərərçəkmiş Ə.Hüseynov vitse-spikerin köməkçisindən 45 min manat pulunu hələ də ala bilmir.

Ə.Hüseynov Q.Abbasovun dələduzluq əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Sayt Z.Əsgərovun köməkçisinin məsələyə münasibətini öyrənmək istəyib, lakin o, zənglərə cavab verməyib.
Seçilən
18
17
newscenter.az

10Mənbələr