AZ

Orta Dəhliz ölkələrimiz arasındakı əlaqələri möhkəmləndirən strateji xətdir - Türkiyənin Vitse-prezidenti

Bakı. Trend:

Orta Asiyadan Xəzər üzərindən Türkiyə və Avropaya uzanan OrtaDəhliz tədarük zəncirlərini gücləndirən, ticarəti şaxələndirən vəölkələrimiz arasındakı əlaqələri möhkəmləndirən strateji xətt kimiönə çıxır.

Trend xəbər verir ki, bunu TürkiyəninVitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına üzvdövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-dəBakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

Vitse-prezident bildirib ki, Türk Dövlətlərinin güclüinfrastrukturu, xüsusilə Bakı–Tibilisi–Qars xətti başda olmaqla,geniş yol və dəmir yolu şəbəkəsi bu dəhlizin mühüm iştirakçısıolduğunu göstərir:

"Nəqliyyat dəhlizlərinin inkişafı, gömrük rüsumlarınınsadələşdirilməsi və ticarətin asanlaşdırılması məsələləri bir-biriilə sıx əlaqəli olduğundan, bu sahələrdə aidiyyəti qurumlarımızınortaq toplantılar keçirməsi və özəl sektor nümayəndələrinin dəortaq məqsədlər çərçivəsində bir araya gətirilməsi faydalıolacaq".

Seçilən
22
1
az.trend.az

2Mənbələr