AZ

ABŞ İraqdakı diplomatik obyektlərə hücumlar barədə məlumatlar üçün mükafat elan edib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 aprel, AZƏRTAC

ABŞ Dövlət Departamenti İraqdakı diplomatik obyektlərə edilən hücumlarla bağlı məlumatlar üçün 3 milyon dollaradək mükafat elan edib.

AZƏRTAC xəbər verir ki, müvafiq elan qurumun saytında yerləşdirilib.

“ABŞ-nin İraqdakı diplomatik obyektlərinə edilən hücumlarla bağlı məlumat üçün 3 milyon dollaradək mükafat təklif edirik. Əgər müvafiq məlumatınız varsa, xahiş edirik bizimlə əlaqə saxlayın”, - deyə elanda bildirilir.

Qeyd edək ki, ABŞ-nin Bağdaddakı səfirliyinə, Ərbildəki konsulluğuna və digər diplomatik obyektlərinə əvvəllər də hücumlar edilib. Mükafat əvvəlki hadisələri araşdırmaq və gələcək hücumların qarşısını almaq məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
26
azertag.az

10Mənbələr