AZ

Sevgilisi ilə birlikdə ərini öldürdü Prokuror ağır cəza istədi (FOTO)

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova və Zahir Soltanov cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə Leyla Abbasovanın 17 il, Zahir Soltanov isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmənin növbəti iclası aprelin 16-na təyin edilib.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Belə ki, 2025-ci il avqustun 9-da DİN 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. 

Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübəhli şəxs qismində saxlanılıblar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
4
unikal.az

5Mənbələr