AZ

Paşinyanın Rusiyadan təhlükəsiz qayıtması ilə bağlı Aleksanyandan AÇIQLAMA EKSKLÜZİV

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“Rusiya Federasiyası, illər boyu təsirini müxtəlif vasitələrlə qorumağa çalışıb. Buna təxribat xarakterli aksiyalar təşkil edən “Daşnak” çevrələri də daxildir. Bu uzun müddət “siyasi mübarizə” kimi təqdim olunsa da, əslində bu cür addımlar yalnız gərginliyi dərinləşdirib”.Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış erməni jurnalist Natali Aleksanyan deyib.Rusiya Prezidenti ilə Ermənistan Baş naziri arasındakı görüşü şərh edən Aleksanyan, İrəvan-Moskva arasında ciddi gərginliyin olduğuna diqqət çəkib:“Dünən tamamilə fərqli və daha mənalı bir hadisənin şahidi olduq: artıq Rusiya ərazisində Nikol Paşinyanın fotosu yandırıldı. Açığını desəm, bu məni ciddi şəkildə qəzəbləndirdi. Bu artıq xarici düşmənə qarşı simvolik addım deyil, birbaşa Ermənistan dövlətinin simvoluna yönəlmiş hücumdur.Burada ən vacib sual ortaya çıxır, belə bir hadisə Rusiyadakı müvafiq strukturların xəbəri olmadan baş verə bilərdimi? Xüsusilə də bu cür aksiyaların adətən ciddi nəzarətdə olduğu bir ölkədən danışırıq. Üstəlik, indiyədək hər hansı açıq qınaq da eşitməmişik ki, bu da çox şeyi göstərir”.Aleksanyan bildirib ki, Ermənistan artıq Rusiyanın onların daxili işlərinə qarışmağa icazə verməyəcək:“Eyni zamanda həmin gün Vladimir Putinlə görüş baş tutdu və Nikol Paşinyan kifayət qədər sərt və birbaşa açıqlamalar verdi, buna Samvel Karapetyanla bağlı məsələlər də daxildir. Şəxsən bu məni müəyyən mənada məmnun etdi, çünki bu, Ermənistan Baş nazirinin artıq dolayı yox, açıq mövqedən çıxış etdiyini göstərir.Həmin günlərdə bir çox izləyici mənə yazaraq Paşinyanın Moskvadan təhlükəsiz qayıdıb-qayıtmayacağı ilə bağlı narahatlığını bildirirdi. Mən isə sakit, hətta gülümsəyərək cavab verirdim: əlbəttə ki, qayıdacaq. Heç kimin Ermənistan Respublikasının baş nazirinə zərər vermək haqqı yoxdur. Bu, artıq belə ssenarilərin real ola biləcəyi bir dövr deyil”.Jurnalist qeyd edib ki, Ermənistan ötən gün baş tutan görüşdən sonra Rusiyanın təzyiqləri ilə bundan sonra daha çox rastlaşacaq:“Bütün bunlar göstərir ki, Nikol Paşinyan aydın bir siyasi yol seçib: regionda sülh, qonşularla münasibətlərin normallaşdırılması və Qərbə yönəlmə. O, bu istiqamətdə kifayət qədər ardıcıl addımlar atır.Bəli, ölkəmiz kiçikdir, resurslarımız məhduddur, lakin bu şəraitdə belə Ermənistanın lideri müstəqil mövqe nümayiş etdirməyin və dövlət maraqlarını qorumağın mümkün olduğunu göstərir. Mən həmçinin əminəm ki, bütün bu təxribatlara baxmayaraq Ermənistan seçdiyi yolla irəliləməyə davam edəcək. Bəli, təzyiq göstərmək, təsir etmək və vəziyyəti dəyişmək cəhdləri olacaq, lakin bu artıq əvvəlki modelə asanlıqla qaytarıla biləcək Ermənistan deyil”.Aleksanyan əlavə edib ki, Ermənistan cəmiyyəti bu gün baş verənləri daha yaxşı anlayır və bu, ən mühüm amillərdən biridir.“Sonda vurğulamaq istərdim ki, real sülhə yalnız daxildə aydın mövqe ortaya qoyduqda və dövlət maraqlarını xarici təsirlərdən ayıra bildikdə nail olmaq mümkündür. Bu gün artıq açıq görünür ki, Ermənistan tam asılılıqdan çıxaraq daha müstəqil siyasət qurmağa çalışır. Bu asan yol deyil, lakin mənim fikrimcə, başqa alternativ də yoxdur”.Tehran Orucoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
bizim.media

2Mənbələr