AZ

Qadınlara aid bu dərmanları ÜST kanserogen maddə siyahısına saldı

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) milyonlarla qadının istifadə etdiyi doğum kontrol həblərini “I qrup kanserogen” siyahısına daxil etməsi geniş rezonans doğurub. Siyahıda siqaret, asbest və alkoqol kimi maddələrin də yer alması bəzi insanlarda həblərin eyni dərəcədə təhlükəli olması barədə yanlış təsəvvür yaradıb. Həkimlər isə məsələnin daha mürəkkəb olduğunu vurğulayır.Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin təsnifatı dərmanın xərçəng yaratmaq potensialını deyil, onun xərçənglə əlaqəsinə dair elmi sübutların mövcudluğunu göstərir. Yəni “Qrup 1” etiketi həblərin siqaret qədər təhlükəli olduğunu demək deyil. Həkimlər gündəlik həyatdakı stress, hərəkətsizlik və zərərli vərdişlərin xərçəng riskini bu həblərdən daha çox artırdığını bildirir.Araşdırmalar göstərir ki, süd vəzi xərçəngi riskində yüngül artım, uşaqlıq boynu xərçəngində isə uzunmüddətli istifadə zamanı riskin yüksəlməsi mümkündür. Bu artım əsasən 5 ildən artıq fasiləsiz istifadədə özünü göstərir. 10 ildən çox davam edən istifadələrdə risk iki qatına çıxa bilər, lakin həblərin dayandırılmasından sonra təxminən 10 il ərzində orqanizm yenidən normal vəziyyətinə qayıdır. Müasir aşağı dozalı həblər isə köhnə tip yüksək hormonlu dərmanlara nisbətən daha təhlükəsiz hesab olunur.Eyni zamanda, bu həblərin qoruyucu təsiri də mövcuddur. Yumurtalıq və uşaqlıq daxili xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır və bu qoruyucu təsir illərlə davam edir. ÜST həbləri hələ də “təməl dərmanlar” siyahısında saxlayır, çünki qlobal miqyasda ana ölümlərinin qarşısını alır və qadın sağlamlığını qoruyur.Həkimlər hər bir qadının fərdi risk analizi əsasında, həkim nəzarəti ilə bu preparatları qəbul etməsini tövsiyə edir.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
46
demokrat.az

10Mənbələr