AZ

İsrail SEPAH-ın Tehrandakı hərbi bazalarından birini bombalayıb

Bakı. Trend:

İsrailin Hərbi Hava Qüvvələri Tehrana hədəflənmiş növbətiaviareydlər zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)quru qoşunlarına məxsus bazalardan birinə zərbələr endirib.

Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi “X”səhifəsində məlumat yayılıb.

İsrail tərəfinin versiyasına görə, hədəf alınan obyekt İslamRespublikasının Silahlı Qüvvələrinin mərkəzi bölmələrindən biriolub. Məlumatda bildirilir ki, bundan əlavə mobil komandaməntəqələri və raket anbarı da zərbələrə məruz qalıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Seçilən
7
1
az.trend.az

4Mənbələr