Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində çoxmərtəbəli yaşayış binalarından birində təhlükəli hadisə baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü paylaşılıb.
View this post on Instagram
Binanın giriş qapısı üzərində yerləşən beton plitə (günəşlik) qəfil uçub. Olay qəsəbənin Ə. Gülbabayev küçəsi 6 ünvanında yerləşən doqquzmərtəbəli tikilidə qeydə alınıb.
Məlumata görə, bina 1986-cı ildə tikilib və baxımsız vəziyyətdədir. Sakinlərin sözlərinə görə, məhz bu səbəbdən girişdəki beton konstruksiya dağılıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.