AZ

Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib.

Qeyd edək ki, Aprel döyüşlərində Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqeləri, o cümlədən Talış yüksəkliyi Polad Həşimovun rəhbərliyi ilə işğaldan azad olunub. Bu döyüşlərdə fərqləndiyinə görə Prezident İlham Əliyev onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Talış yüksəkliklərində 7 döyüş postundan biri məhz onun şərəfinə “Polad postu” adlandırılıb.

Seçilən
0
5
publika.az

6Mənbələr