AZ

İran ordusu ABŞ və İsrailin hücumunu lağa qoydu

ABŞ və İsrailin birgə hücumu İranın hərbi obyektlərinə yalnız kiçik ziyan vurub.

Bizim.Media xəbər verir ki, “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari bildirib.

Sözçü düşmənin seçdiyi hədəflərin ölkənin müdafiə qabiliyyəti üçün əhəmiyyətli olmadığını vurğulayıb.

“Hədəf hesab etdiyiniz mərkəzlər əhəmiyyətsizdir və strateji hərbi texnikamız sizin tamamilə xəbərsiz olduğunuz və heç vaxt çata bilməyəcəyiniz yerlərdə istehsal olunur”, - deyə bəyanatda bildirilib.

Bizim.Media

Seçilən
15
1
bizim.media

2Mənbələr