AZ

Yer kürəsində orta səviyyəli maqnit qasırğası gözlənilir » AzadMedia.az


2 apreldə Yer kürəsində orta səviyyəli maqnit qasırğası (G1–G2 səviyyəsi) gözlənilir. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz Telegram-kanalında məlumat yayıb.
Laboratoriyanın məlumatına görə, maqnit pozuntuları səhər saatlarında Günəşdəki koronal dəlik səbəbindən başlamışdır. Bəzi mənbələr bunu 31 martda gözlənilən plazma buludunun gecikmiş gəlməsi kimi şərh etsələr də, alimlər bunu təkzib edirlər.
Məlumata görə, koronal dəlik Yer kürəsinin maqnit sahəsinə təsirini 3 apreldə də davam etdirəcək. Günəşdəki aktivlik orta səviyyədədir, lakin günəş diskində böyük bir ləkə qrupu meydana çıxıb. Bu vəziyyətdə hər hansı bir plazma buludu Yer kürəsində radiasiya fırtınasına səbəb ola bilər.
Ötən gün Krım Astronomiya Observatoriyasının elmi əməkdaşı Sergey Nazarov bildirib ki, Günəşdəki güclü partlayış nəticəsində yaranan plazma buludu Yer kürəsini keçib. Nazarov qeyd edib ki, belə hallar olur, çünki plazma partlayışlarının ilkin parametrlərini dəqiq qiymətləndirmək həmişə mümkün deyil.
Seçilən
10
3
azadmedia.az

4Mənbələr