AZ

Masazırda yol bu səbəbdən çöküb - AAYDA-dan açıqlama

Ötən gün Abşeron rayonu Masazır qəsəbəsində “Zəngilan şəhərciyi” ərazisində yeni çəkilən yolun qısa müddət sonra çökdüyü bildirilib.

Sosial şəbəkələrdə yeni asfalt örtüyünün tezliklə sıradan çıxması narazlığa səbəb olub. 

"Sitat.info" olaraq hadisənin təfərrüatını öyrənməyə çalışdıq.

Məsələ ilə bağlı "AAYDA"nın sözcüsü Anar Nəcəfli "Sitat.info"ya açıqlamasında bildirdi ki, çökən yol yeni asfaltlanmayıb:

"O yol yeni çəkilməyib. Köhnə yoldur, mövcud idi. Sadəcə olaraq, iki öncə üzərindəki 2-3 santimetr asfalt qatı yenilənib. Yəni orada başqa proses olmayıb. Və yolun altından keçən kollektorda qəza olub. Onu heç kim hesablaya bilməz ki, bu qəza ola bilər, ya yox...Qəza olub, su sızıb, torpaq qatını yuyub. Belə olan halda təbii ki, çökməlidir. Hazırda ərazidə işlər aparılır".

Nigar,

Sitat.info

Seçilən
14
sitat.info

1Mənbələr