AZ

"Türk dövlətləri heç zaman bu qədər yaxın olmayıblar" - Deputat

"Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin baş nazirlərinin ikinci görüşü başlayıb. TDT nəinki regionda, bütövlükdə bir sıra qlobal məsələlərdə xüsusi mövqeyə malik qurumlardandır".

"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2.1 trilyon nominal ÜDM-ə malik olan Türk dünyası yeni regional əməkdaşlıq modelidir:

"Kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada təşkilat çərçivəsində ünvanlı və sistemli əməkdaşlıq həyata keçirilir. Əgər Türk ölkələri vahid iqtisadi blok olsaydı, o zaman alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı. Belə k, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla ÜDM-i 5 trilyon 476 milyard dollardır. Alıcılıq qabiliyyəti nəzərə alınmaqla Türk dünyasında adambaşına düşən ÜDM 31 min dollardan çoxdur. Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir. Türk dövlətləri indiki qədər heç zaman bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da", - deyə deputat bildirib.

Seçilən
16
50
unikal.az

10Mənbələr