AZ

Acarıstan Ali Şurasına yeni sədr seçilib

Tbilisi, 2 aprel, AZƏRTAC

Acarıstan Muxtar Respublikasının Ali Şurasına yeni sədr seçilib.

AZƏRTAC xəbər verir ki, bu vəzifəyə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Tsotne Ananidze seçilib.

Gizli səsvermənin nəticələrinə görə, çoxluğun üzvləri Tsotne Ananidzeni yekdilliklə təsdiqləyib.

Qeyd edək ki, Acarıstan Muxtar Respublikası Ali Şurasının əvvəlki sədri David Qabaidze bir müddət əvvəl vəzifəsindən istefa verib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
17
azertag.az

1Mənbələr