AZ

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb- FOTO - YENİLƏNİB

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

APA-nın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülüb.

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

11.52

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb.

APA-nın bölgə müxbiri xəbər verir ki, köç karvanı Tərtər şəhərindən yola salınıb.

Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülür. Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla azad edilən ərazilərdə (1 şəhər, 10 rayonun 41 yaşayış məntəqəsində) 7 840 ailə (31 505 nəfər) məskunlaşmış olacaq.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Seçilən
18
3
apa.az

10Mənbələr