AZ

UNEC-də "Elm Günləri": Prezident İlham Əliyevin dil siyasəti milli kimliyimizin dayağıdır (FOTO)

Bakı.Trend:

“Elm Günləri” çərçivəsində UNEC-də növbəti tədbir “Prezidentİlham Əliyevin dil siyasəti: Azərbaycan dili milli kimliyin, elmidüşüncənin və müasir inkişafın əsas dayağı kimi” mövzusundaolub.

Tədbiri giriş sözü ilə açan UNECrektoru, professor Ədalət Muradov mövzu ilə bağlı çıxış edərək,dilin milli kimliyin qorunmasında, elmi fikrin formalaşmasında vəcəmiyyətin inkişafındakı mühüm rolundan danışıb. O, qeyd edib ki,qloballaşan dünyada Azərbaycan dilinin saflığının və zənginliyininqorunması, onun elmi və akademik mühitdə daha geniş tətbiqi əsasməsələlərdən biridir: “Təsadüfi deyil ki, Prezident İlham Əliyevinqeyd etdiyi kimi, suverenliyin əsas atributlarından biri dəAzərbaycan dilidir. Dil hər bir xalqın milli kimliyini, mənəvidəyərlərini, tarixini və mədəniyyətini yaşadan, onu gələcəknəsillərə ötürən ən mühüm amillərdən biridir. Azərbaycan dilindətədrisin cəlbediciliyinin artırılmasının vacibliyi cəmiyyətəanlaşıqlı və zəngin şəkildə çatdırılmalı, dilin imkanlarından dahageniş istifadə edilməlidir. Azərbaycan dili elmi düşüncə dilinəçevrilməli, bu dildə fundamental elmi əsərlər yazılmalı, yeniterminlər formalaşdırılmalı və dilimizin beynəlxalq elmi mühitdəmövqeyi daha da möhkəmləndirilməlidir”, – rektor bildirib.

Prezident İlham Əliyevin dil siyasətindən söz açan akademikNizami Cəfərov dövlət başçısının Azərbaycan dilinin dövlət dilikimi mövqeyinin möhkəmləndirilməsi, onun beynəlxalq səviyyədətanıdılması və inkişafı istiqamətində həyata keçirdiyi islahatlaradiqqət çəkib. O, ölkə başçısının “Azərbaycan dilinin saflığınınqorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsiilə bağlı tədbirlər haqqında” Fərmanını milli dilin inkişafındamühüm addım kimi qiymətləndirib.

Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib.Universitetlərdə Azərbaycan dili kafedralarının yenidən təşkili,xarici dillərdən tərcümənin keyfiyyəti və s. məsələlərlə bağlıtəkliflər səsləndirilib.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Məqalədə:
Seçilən
9
5
az.trend.az

6Mənbələr