AZ

Makron Trampın ailəsi haqqında sözlərini səviyyəsiz saydı: “Cavaba layq deyil”

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın özü və ailəsi haqqında “Makron hələ də arvadının çənəsinə ilişdirdiyi şapalağın təsirindədir” sözlərini qınayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  o, Cənubi Koreyaya səfəri ərəfəsində Trampın məlum açıqlamasına cavab verib.

Makron  bildirib ki, Trampın bu davranışı prezident postuna uyğun olmayan səviyyəsiz açıqlamadır:  "Biz bu gün son dərəcə ciddi şeylərdən danışırıq. Bu gün müharibədə öldürülən mülki şəxslər, bölgədə davam edən müharibədən danışırıq. Bu müharibənin iqtisadiyyatlarımıza təsirlərindən danışırıq. Düşünürəm ki, vətəndaşlarımız, amerikalılar da eyni şeyi yaşayırlar. Yanacaq və qazın qiymətləri artır. Eşitdiyim sözlər, istinad etdiyiniz sözlər xoş və səviyyəli deyil. Tramp bu sözlərinə görə cavaba layiq deyil”

Hüseyn Namazov

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
mia.az

1Mənbələr