Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Bildirirəm ki, hal-hazırda heç bir yerdə işləmirəm. Vitse-spikerin köməkçisi deyiləm".
Mia.az xəbər verir ki, bunu adı dələduzluqda hallandırılan, vitse-spikerin köməkçisi olduğu deyilən Qalib Abbasov Demokrat.az-a deyib.
O, hazırda heç bir yerdə çalışmadığını və qeyd olunan vəzifəni tutmadığını bildirib.
Qalib Abbasov həmçinin adı dələduzluq məsələsində hallanan Əkrəm Hüseynovla münasibətlərinə toxunub. Onların 20 illik tələbə yoldaşı və yaxın dost olduqlarını qeyd edib. Dostluqlarının indi də davam etdiyini vurğulayan Abbasov aralarındakı pul məsələsinin böyüdüldüyünü deyib. O, mövcud olan məbləğlərin artıq geri qaytarıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə qarşı tərəfin bu cür addım atması son vaxtlar yaşadığı gərginlik və stresslə bağlı ola bilər.
"Əkrəm Hüseynovla tələbə yoldaşı olmuşuq, 20 ildi bir yerdəyik. Hal-hazırda da dostluqumuz davam edir. Onunla aramızda olan pul söhbəti o qədər olmayıb, olan məbləğlərdə özünə geri qaytarılıb. Onun niyə belə etməsinin səbəbi mənə elə gəlir ki, son zamanlar çox əsəb-stres keçirtməsi ola bilər", o qeyd edib.
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.