AZ

Bakının daha bir küçəsində hərəkət qaydaları dəyişdi

Üzeyir Hacıbəyov küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət zolaqlarının sayı artırılıb.

Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bununla zolaqların sayı 5-ə çatdırılıb və həmin hissədə yolun buraxıcılıq qabiliyyəti artırılıb.

Qeyd olunub ki, vətəndaşların müraciətləri nəzərə alınaraq bu yol sahəsində hərəkət optimallaşdırılıb.

Seçilən
6
6
olke.az

10Mənbələr