AZ

Bank sektorunda, o cümlədən kreditlərdə artım olub

28 fevral 2026-cı il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 57 milyard 132.8 milyon manat, cəmi öhdəlikləri 49 milyard 617.4 milyon manat, balans kapitalı 7 milyard 515.4 milyon manat olmuşdur.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, fevral ayında bankların cəmi aktivləri 0.3%, cəmi öhdəlikləri 0.2%, balans kapitalı isə 1.5% artmışdır. 

Xatırladaq ki, 31 yanvar 2026-cı il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 935.8 milyon manat, cəmi öhdəlikləri 49 milyard 528.7 milyon manat, balans kapitalı 7 milyard 407.1 milyon manat olmuşdur.

2026-cı ilin yanvar ayının sonu ilə müqayisədə 2026-cı ilin Fevral ayında bankların cəmi kredit portfeli 0.5% və ya 138.8 milyon manat artaraq 30 milyard 118.9 milyon manat olmuşdur. Qeyd edək ki, bankların cəmi kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin yanvar ayında 82,9 milyon manat və ya 0,3% azalmışdı. 

2026-cı ilin Fevral ayının sonuna kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.3% (16 milyard 058 milyon  manat);

ıı) istehlak kreditləri – 31.4% (9 milyard 467.5 milyon manat) 

ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 593.4 milyon manat). 

31 yanvar 2026-cı il tarixinə bankların kredit portfeli 29 milyard 980.1 milyon manat təşkil etmişdi.

2026-cı ilin Yanvar ayının sonuna kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.2% (15 milyard 948.9 milyon manat);

ıı) istehlak kreditləri – 31.4% (9 milyard 425.9 milyon manat)

ııı) ipoteka kreditləri – 15.4% (4 milyard 605.3 milyon manat).

2025-ci ilin dekabr ayında bankların kredit portfeli 1.3% və ya 377.5 milyon manat artaraq 30 milyard 63 milyon manata çatmışdı.

31 dekabr 2025-ci il tarixində bankların kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.6% (16 milyard 106.3 milyon manat);

ıı) istehlak kreditləri – 31.1% (9 milyard 354.2 milyon manat)

ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 602.5 milyon manat).

Seçilən
16
3
fed.az

4Mənbələr