AZ

İran ABŞ-nin Yaxın Şərqdəki sənaye obyektlərinə zərbə ENDİRDİ

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Yaxın Şərq ölkələrində ABŞ-lə əlaqəli sənaye obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İran ordusu ABŞ və İsrailin İranın Khouzestan Steel və Mobarakeh Steel kimi polad şirkətlərinə hücumlarına cavab olaraq bölgədəki sənaye obyektlərini hədəf alıb.

SEPAH bildirib ki, hücumlar BƏƏ-nin Əbu-Dabi şəhərindəki polad zavoduna, Bəhreyndə alüminium əritmə müəssisəsinə və Qətər yaxınlığındakı ABŞ hərbi bazasına yönəlib.

Qurumun məlumatına görə, pilotsuz təyyarə və raket zərbələri nəticəsində onlarla Amerika əsgəri həlak olub.

Tehran bu addımı xəbərdarlıq kimi qiymətləndirərək bildirib ki, İran sənayesinə hücumlar davam edərsə, növbəti zərbələr İsrailin əsas infrastrukturunu və ABŞ iqtisadiyyatı ilə əlaqəli sənaye sahələrini hədəf alacaq və “daha ağrılı olacaq”.

Aminə ŞAHSUVARQIZI

Seçilən
19
50
redaktor.az

10Mənbələr